Tbilisiyə yeni biletlər satışa çıxarıldı

  • Müəllif: Firuzə
  • 10 İyun 2026 11:07

Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanları genişləndirilir.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

Gununsesi.info