Tofiq Yaqublu sərbəst buraxılıb

  • By admin
  • 20 İyul 2022 15:01

Bu gün səhər saatlarında Nazirlər Kabineti qarşısında quru sərhədlərinin açılması tələbi ilə aksiya keçirdiyinə görə saxlanılan müxalifət lideri Tofiq Yaqublu sərbəst buraxılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Tofiq Yaqublunun özü sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, bir qrup siyasi fəallar quru sərhədlər açılması tələbi ilə Nazirlər Kabineti qarşısında aksiya təyin etmişdi. Aksiya müvafiq İcra Hakimiyyəti orqanı ilə  razılaşdırılmadığından polis aksiyanın qarşısını alıb.

Gununsesi.info