Tovuzda qatar orta yaşlı kişini vuraraq öldürüb

Tovuz rayonunda hərəkətdə olan qatar bir nəfəri vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı–Böyük Kəsik dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində baş verib.

Məlumata əsasən, qatar dəmir yolu xəttini keçmək istəyən orta yaşlı kişini vurub.

Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Gununsesi.info