Tramp Çinə səfərini təxirə saldı

  • Müəllif: Firuzə
  • 17 Mart 2026 21:47

ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişə fonunda bu aya planlaşdırılan Çinə səfərinin təxirə salındığını elan edib.

Gununsesi.info  xəbər verir ki, o, bu barədə oval kabinetdə İrlandiyanın Baş naziri Mixol Martinlə görüşü zamanı bildirib.

“Biz görüşü təxirə salırıq və görünür, o, təxminən beş həftə sonra baş tutacaq. Biz Çinlə əlaqədə qururuq. Onlar etiraz etmədilər”, – Tramp deyib.

O əlavə edib ki, Çin sədri Si Cinpinlə görüşü səbirsizliklə gözləyir./Report

Gununsesi.info