Tramp onları təhqir etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqan ştatındakı seçki çıxışında ABŞ-da qeyri-qanuni yollarla məskunlaşan mühacirləri tənqir edərək, onları “heyvan” adlandırıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp çıxışında ABŞ-da tez-tez mühacirlər tərəfindən törədilən cinayətlərə toxunub.

Tramp bildirib ki, əgər o, prezident seçkilərində qalib gəlməsə ABŞ-da zorakılıq hallarının çoxalacaq.

O, çıxışında 22 yaşlı tələbə Laken Raylinin venesuelalı mühacir tərəfindən öldürülülməsini xüsusi olaraq vurğulayıb.

“Demokratlar onlara heyvan deməməyimi istəyirlər. Mən isə təkrar olaraq deyirəm Xeyr, onlar insan deyil, onlar heyvandırlar” – deyə Tramp əlavə edib.

Qeyd edək ki, Rayli fevralın 22-də ABŞ-ın Corciya ştatında venesuelalı qeyri-qanuni mühacir tərəfindən öldürülmüşdür.

 

 

 

Şəbnəm

Gununsesi.info