Tural Abbaslının qardaşı şəhid oldu

  • By admin
  • 13 Oktyabr 2020 14:32

Ağ Partiyanın sədri Tural Abbaslının qardaşı Teymur Abbaslı şəhid olub.

Bu barədə Gununsesi.info-ya Tural Abbaslının yaxınları bildirib. Onların sözlərinə görə, Teymur Abbaslı Ermənistanla Azərbaycan arasında başlanan müharibədə bir neçə gündür ki, cəbhə xətdində döyüşürdü.
Onu da qeyd edək ki, Teymur Abbaslı vətənin müdafiəsinə könüllü olaraq getmişdi.

Gununsesi.info olaraq Tural Abbaslıya və onun yaxınlarına dərin hüzünlə baş sağlığı veririk, Allahdan rəhmət diləyirik.

Allah rəhmət eləsin!

Gununsesi.info