Türkiyənin Mardin şəhərində xidməti avtomobil qəza edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 6 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
İcra hakimiyyəti və universitet işçilərini daşıyan xidməti maşın idarəetmədən çıxaraq aşıb.
Qəzadan sonra bölgəyə çoxlu sayda polis, tibb işiləri və fövqəladə hallar üzrə əməkdaşlar cəlb edilib. Hadisə ilə bağlı hüquqi təhqiqat işləri başladılıb.
Tərcümə: Arzu Sayadoğlu