Türkiyədə ABŞ-Rusiya danışıqları

  • By admin
  • 14 Noyabr 2022 19:20

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns hazırda Ankaradadır və orada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşür.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN müxbiri Nataşa Bertrand ABŞ Milli Təhlükəsizlik Şurasına istinadla xəbər yayıb.

Şuranın sözçüsü vurğulayıb ki, Börns Ukraynadakı vəziyyətin nizamlanması üçün heç bir danışıqlar aparmır.

“O, Rusiyanın nüvə silahından istifadəsinin nəticələri və strateji sabitlik sahəsində eskalasiya riskləri barədə mesaj verir”, – jurnalist bildirib.

“Bundan əlavə görüşdə saxlanılan ABŞ vətəndaşları ilə bağlı vəziyyət müzakirə olunur”, – Bertrand “Tvitter”də yazıb.

Jurnalist görüşün başqa təsdiqini vermir.

Moskva və Vaşinqton arasında danışıqların noyabrın 14-də Türkiyənin paytaxtında baş tutması barədə daha əvvəl “Kommersant” qəzeti mənbəyə istinadla məlumat vermişdi.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu xəbərləri nə təsdiq, nə də təkzib edib.

Gununsesi.info