Türkiyədə səsvermə günü üçün əsas qadağalar -SİYAHI

  • By admin
  • 14 May 2023 10:29

Türkiyədə səsvermə günü üçün əsas qadağaların siyahısı açıqlanıb.

Bu haqda Türkiyənin Ali Seçki Şurası (YSK) tərəfindən bildirilib.

– Seçki günü saat 06.00-dan 24.00-dək spirtli içkilərin satışı qadağan ediləcək.

– Yaşayış məntəqələrində təhlükəsizliyin və asayişin qorunmasına cavabdeh olan şəxslərdən başqa heç kim silah gəzdirə bilməyəcək.

– Seçki günü qəhvəxana, internet kafe kimi bütün ictimai əyləncə yerləri bağlı olacaq.

– Əyləncə məkanı olan restoranlarda yalnız yeməklər verilə bilər.

– Seçki günü saat 18:00-a kimi toyların keçirilməsi qadağandı.

– YSK-nın qərarlarına əsasən, saat 18:00-a qədər mətbuatda seçkilər və onların nəticələri ilə bağlı proqnoz və şərh vermək qadağan olunacaq.

– Saat 18.00-21.00 arasında YSK-nın seçki ilə bağlı verəcəyi xəbərlər və bildirişlər dərc olunacaq.

– Saat 21:00-dan sonra bütün yayımlar pulsuz olacaq, YSK bu vaxtı daha erkən təyin edə biləcək.

– Prezident seçkiləri ikinci tura keçərsə, mayın 28-də də eyni müddəalar tətbiq olunacaq.

Səs verə bilməyən şəxslər aşağıdakılardır:

– Hərbi təhsil müəssisələrinin tələbələri;

– Penitensiar müəssisələrdə olan məhkumlar.

Gununsesi.info