Türkiyədən Laçınla bağlı AÇIQLAMA

  • By admin
  • 26 Avqust 2022 14:12

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Laçın şəhəri, Sus və Zabux kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı açıqlama yayıb.

“9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq davam edən proses çərçivəsində Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bu gün Azərbaycana qaytarılmasından məmnunuq.

Ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində bu mühüm addım Azərbaycan-Ermənistan münasibətlərinə, eyni zamanda regional normallaşmaya töhfə verəcək.

Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”, – açıqlamada bildirilir.

Gununsesi.info