Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkə hesabında paylaşım edib.
“Biz ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq. Pakistan, Qətər, Türkiyə və digər tərəflərin həyata keçirdiyi vasitəçilik missiyasını yüksək qiymətləndiririk. Ümid edirik ki, bu mühüm hadisə Yaxın Şərqdə hərtərəfli və davamlı sülhün bərqərar olmasına yol açacaq”, – o qeyd edib.












