Tvitterin son üç ayda gəliri 28 faiz ARTDI

  • By admin
  • 30 Aprel 2021 10:10

Bu ilin birinci rübündə Tvitter şirkətinin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 1,04 milyard ABŞ dollarına çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin maliyyə direktoru Ned Seqal məlumat verib.

Onun sözlərinə görə, tvitterin reklam gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 32,3% artaraq 889 milyon ABŞ dolları olub.

Şirkətin gözləntilərinə görə, tvitterin ikinci rübdəki ümumi gəliri 980 milyon ABŞ dollarından 1,08 milyard ABŞ dollarına çatacaq.

Gununsesi.info