Üç ayda 1.6 milyon tondan çox neft çıxarılıb

  • By admin
  • 04 May 2022 13:57

SOCAR-ın “Azneft” İB üzrə 2022-ci ilin yanvar-mart aylarında 1.6 milyon tondan çox neft hasil edilib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə İB məlumat yayıb.

Bildirilib ki, plan 102 faiz yerinə yetirilib:

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 0,8 faizdir. Cari ilin 3 ayında, həmçinin 1.6 milyard kubmetrə yaxın qaz hasil edilib ki, bu da planın 101,5 faiz əməl edilməsi deməkdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 1,2 faizdir”.

Gununsesi.info