Ukraynadakı gürcü legionunu Britaniya hazırlayıb – ZAXAROVA

  • By admin
  • 20 Aprel 2022 21:02

Böyük Britaniya Ukrayna ərazisində fəaliyyət göstərən “Gürcüstan legionu”nun döyüşçülərinə təlim keçib.

Gununsesi.info  xəbər verir ki, bu iddia ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

“Açıq mənbələrdən məlum olub ki, ingilis hərbi mütəxəssisləri başqa şeylərlə yanaşı, eyni “Gürcüstan legionu”nu da hazırlayıblar.

Bu, əsasən Ukrayna vətəndaşı olmayan etnik gürcülərdən təşkil olunmuş Ukrayna silahlı qüvvələrinin batalyonunun adıdır. Bu il fevralın 21-də “Avronyus” telekanalı bu legionun məşqini əks etdirən görüntüləri yayıb”, – Zaxarova bildirib.

Gununsesi.info