“Uşaqlar mina qurbanı olmasın” – Niderlandda bilbordlar yerləşdirildi

  • By admin
  • 25 Aprel 2021 10:03

Niderlandda minalanmış Azərbaycan ərazilərilə bağlı bilbordlar yerləşdirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Niderland Krallığında fəaliyyət göstərən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə 24 aprel tarixində Krallığın Berneveld şəhərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalanmış torpaqlarımızla bağlı xəritənin Ermənistan tərəfindən hələ də verilməməsinə etiraz əlaməti olaraq bilbord yerləşdirilib.

 

Bilbordlarda “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik”, “İnsan ölümlərinə son qoyulsun”, “Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”, “Ermənistan, müharibə cinayətlərini dayandır”, “Uşaqlar mina qurbanı olmasın” kimi şüarlar yerləşdirilib.