
Venesuela prezidenti Nikolas Maduro amerikalı sahibkar və milyarder İlon Maskı Venesuelada dövlət çevrilişinə cəhdə azı bir milyard dollar ayırmaqda ittiham edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Con Maduro+ proqramında açıqlama verib.
“Elon Musk dövlət çevrilişinə, faşist qiyamına, Venesueladakı seçki prosesinə qarşı zorakılığa ən azı bir milyard dollar sərmayə qoyub” -deyə Venesuela lideri vurğulayıb.
Xatırladaq ki, iyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində Maduro qalib gəlib. Müxalifət səsvermənin nəticələrini tanımayıb, bundan sonra ölkədə iğtişaşlar başlayıb.
Seçkilərin nəticələrini şərh edən Mask Maduronu saxtakarlıqda ittiham edib.
Venesuela lideri cavabında sahibkarı tənqid edib və deyib ki, o, “Venesuelada sülhün and içmə düşmənidir”.