Vətəndaşlar niyə banklara etibar etmir? - MƏRKƏZİ BANKIN SƏDRİ MƏYUSDUR

  • By admin
  • 24 Aprel 2025 10:32

Azərbaycanda cəmi  150 min unikal əmanətçinin banklarda əmanət hesabı var.

Gununsesi.info bildirir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov dünən müstəqil iqtisadçı ekspertlərlə görüşü zamanı deyib.

Taleh Kazımov qeyd edib ki, nə Mərkəzi Bank, nə də hökumət yaxın-orta vadədə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünürlər.

Görüşə qatılan iqtisadçı ekspert Natiq Cəfərli bank hesablarının belə az olmasını şərh edib.

N. Cəfərli bildirib ki, bu ölkəmiz üçün çox kiçik rəqəmdir, amma bu nəticədir: “Səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı göstərilməsinə rəğmən daha kasıb olmasıdır”.

Görüşdə T.Kazımov bildirib ki, Mərkəzi Bank inzibati alətlərdən istifadə etmək istəmir, salahyyətləri çə

rçivəsində iqtisadi alətlərə üstünlük verir.

N.Cəfərli həftəlik valyuta satışı ilə bağlı nəticələrin daha nə üçün açıqlanmadığını soruşub.

MB sədri deyib ki, hər ay nə qədər valyuta satıldığı, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir. Bunu kifayət qədər arqumentli əsas saydığını deyən N. Cəfərli hərracın nəticələri ilə bağlı həftəlik ümumi məlumat verilməsini təklif edib.

 

Afət Abbasova

Gununsesi.info