Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani istefa verib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Qaribaşvili bildirib ki, Zakaliani bundan sonra Gürcüstanın ABŞ-da səfiri olacaq.
“Gürcüstan Xarici İşlər Nazirliyinin yeni rəhbəri Nazirlər Kabineti Administrasiyasının rəhbəri İlya Darçiaşvili olacaq”, – İ.Qaribaşvili əlavə edib.
Qeyd edək ki, Darçiaşvili təyinatdan öncə Gürcüstanın Polşada səfiri işləyib. Onun diplomatik xidmətdə çoxillik təcrübəsi var.
Gununsesi.info