“Xocalıdakı soyqırımı islamofobiyanın bariz təzahürüdür”

“1992-ci il fevralın 26-da Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımı islamofobiya və türkofobiyanın bariz təzahürüdür”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti” plenar sessiyada deyib.

O bildirib ki, Ermənistan işğalı zamanı Azərbaycanın tarixi və ata-baba torpaqlarında olan bütün mülki obyektlər, mədəniyyət və dini memarlıq abidələri – məscidlər, dini ibadət yerləri, qəbiristanlıqlar amansızcasına dağıdılıb, təhqir və talan edilib. “Bir çox beynəlxalq təşkilatların nümayəndələri Ermənistanın törətdiyi bu vandalizm aktlarını birbaşa müşahidə edərək öz hesabatlarında qeyd ediblər. Lakin dünyada qanunu pozan, cinayət törədənlərin cəzasız qalması, ikili standartların olması belə faciəvi hadisələrin təkrarlanmasına zəmin yaradır”, – deyə A.Səfixanlı qeyd edib.

Gununsesi.info