Yaponiyada müharibə HAZIRLIĞI

  • By admin
  • 13 Noyabr 2022 10:35

Yaponiya Çinlə hərbi toqquşma təhlükəsi səbəbindən hərbi potensialını artırır və ABŞ-la əməkdaşlığı gücləndirir .

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

“Çin təcavüzü təhlükəsi Yaponiyanın dövlət idarəçiliyində sakit bir inqilab yaradır və milləti müharibəyə hazırlaşmağa sövq edir”, – deyə köşə yazarı Hal Brands bildirib.

Jurnalistin fikrincə, Çinlə hərbi toqquşma təhlükəsi olduğundan Yaponiyada inqilabi əhval-ruhiyyə başlayır. Jurnalist qeyd edib ki, Tayvanla bağlı münaqişə kəskinləşərsə, Tokio ABŞ-la birlikdə Pekinə qarşı durmalı olacaq.

Jurnalist xatırladıb ki, Yaponiyanın baş naziri Fumio Kişida hələ iyun ayında Şərqi Asiyanın gələcəkdə Ukraynanın taleyini təkrarlaya biləcəyi barədə xəbərdarlıq edib. Regiondakı vəziyyəti Şimali Koreyanın ballistik raketlər buraxması ilə bağlı gərginlik də mürəkkəbləşdirir.

Gununsesi.info