“Yarımfinalda yaxşı oynamadım” – Teymur Rəcəbov açıqlama

  • By admin
  • 13 Fevral 2021 12:20
“Finalda Uesli So və Maqnus Karlsenə uğurlar arzu edirəm. Mən isə Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda oynayacağam”.

Gununsesi.info məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov özünün tvitter hesabında paylaşıb.

Yarımfinalda ABŞ təmsilçisi Uesli Soya məğlubiyyəti şərh edən 34 yaşlı qrossmeyster yaxşı çıxış etmədiyini bildirib: “Çempionlar Turunda oynadığım üçün xoşbəxtəm. Amma yarımfinalda çox da yaxşı təsir bağışlamadım. Uesli isə öz oyunu ilə heyran etdi. Dəstəyinizə görə təşəkkür edirəm”.

Rəcəbov sonda isə “Sevgililər Gününü Maqnus, Uesli və Maksimlə keçirməyə hazırlaşıram. Bunu arzulaya bilərəmmi” yazıb.

Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək.

Gununsesi.info