Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə mayın 30-u saat 15 radələrində Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən çoxmərtəbəli binada qeydə alınıb.
Binanın 7-ci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Lalə Alim qızı mənzilin eyvanından yıxılaraq ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info











