Yelo Bank ağacəkmə aksiyasında iştirak etdi

Yelo Bank ekoloji sosial təşəbbüslərdə fəal iştirakını davam etdirir. Bank bu dəfə
ağacəkmə aksiyasına qatılıb. Müşfiqabad qəsəbəsində keçirilən aksiyada Yelo
əməkdaşlarının da iştirakı ilə müxtəlif ağaclar əkilib. Tədbirə qatılmaqda Bankın əsas
məqsədi ağac əkilməsini təşviq edərək təbiətin qorunmasına, eləcə də sağlam ekoloji
mühitin yaradılmasına töhfə verməkdir.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə
həsr olunan aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar
Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı
İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13
mart 2023-cü il tarixli “Anlaşma Memorandumu" əsasında təşkil olunub. Memoranduma
əsasən, 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə
bir milyon ağacın əkilməsi planlaşdırılır. Bu missiyada Yelo Bank da öz təşəbbüskar
dəstəyini əsirgəməyəcək.
Bank xidmətləri, həmçinin, valyuta məzənnəsi haqqında əlavə sualınız var? O zaman
981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza
yazın.
Yelo Bank – Parlaq bankçılıq!

 

Gununsesi.info