Yeniyetmənin meyiti tapıldı

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Bildirilib ki, avqutsun 4-də Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında batan 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nicat Şərifzadə Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi idi.

 

Gununsesi.info