Yer potensial təhlükəli asteroid yaxınlaşacaq – TARİX AÇIQLANDI

  • By admin
  • 09 Noyabr 2021 09:11

Dekabrda Yer kürəsinə uzunluğu 330 metr olan asteroid yaxınlaşacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerika kosmik agentliyi (NASA) məlumat yayıb. Bildirilir ki, 4660 Nereus adlandırılmış səma cismi futbol meydançasından 3 dəfəyədək böyükdür və “potensial təhlükəli asteroid” kimi təsnif olunur.

Qeyd edək ki, asteroid Yerə 11 dekabrda  yaxınlaşacaq və planetdən 3,9 milyon kilometr məsafədən uçacaq. Məlumata görə, o planetimiz üçün təhlükə yaratmır.

Asteroid 1982-ci ildə amerikalı astronom Eleonora Helin tərəfindən kəşf olunub. Səma cismi Yerin traektoriyasıyla kəsişən “Appolon” asteroidlər qrupuna daxildir.

Gununsesi.info