Xüsusi təyinatlılarının bıçağı uçan gülləni 2 yerə PARÇALADI - VİDEO

  • By admin
  • 09 Noyabr 2021 09:15

“İynə” adlandırılan universal döyüş bıçağı (NUB) uçan tapança gülləsini kəsib.

Gununsesi.info xəbər verir ki, Rusiya xüsusi təyinatlılarının bıçaqlarının imkanları “Zvezda” telekanalının “Hərbi Qəbul” proqramında nümayiş etdirilib .

“İynə” bıçağı Kazanda Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş üzgüçüləri üçün hazırlanıb. NUB sualtı döyüşlər və əlavə tapşırıqlar üçün nəzərdə tutulub. Bıçağın bir tərəfi ilə ölçmək, digər tərəfi ilə kəsmək mümkündür. Bu, üzgüçülərə balıq ovu torları ilə qarşılaşdıqda tez kəsməyə imkan verir.

Testlərdə bıçaq aşağı və yüksək temperaturlara məruz qalır. Həmçinin, “İynə”yə ağır yük asılaraq əyilməyə qarşı müqavimət yoxlanılır. “Hərbi Qəbul” proqramında, məngənə ilə sıxılmış bıçaq 225 kiloqram yükə tab gətirib.

Bıçağa on metr məsafədən atəş açılıb. Döyüş bıçağı tapançanın gülləsini iki yerə bölüb.

Gununsesi.info