Zurabişvili legitimliyini itirib -Kobaxidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilinin legitimliyini itirdiyini bildirib və onu Konstitusiyanı pozmaqda ittiham edib.

Gununsesi.info xəbər verir ki, bu barədə 1tv.ge məlumat yayıb.

2023-cü ilin payızında Gürcüstanda Zurabişviliyə qarşı impiçment elan edilib. Səbəb kimi prezidentin parlamentin qadağasına məhəl qoymayaraq xarici səfərləri göstərilib.

Daha sonra Gürcüstanın Konstitusiya Məhkəməsi deputatların arqumentləri ilə razılaşsa da, parlamentdə Zurabişvilini vəzifədən kənarlaşdırmaq üçün kifayət qədər səs toplanmadı.

2024-cü ilin yazında Zurabişvili ölkədə qəbul edilən “xarici agentlər” haqqında qanuna veto qoyub, lakin deputatların əksəriyyəti vetoya üstünlük verib.

İyul ayında o, bu qanunun ölkə Konstitusiyasına uyğun olmadığını iddia edərək Konstitusiya Məhkəməsinə müraciət edib.

Kobaxidze vurğulayıb ki, Zurabişvilinin bütün bəyanatları “sıfır dəyərə malikdir”.

Baş nazir prezidentə postunu saxlamağa imkan verən yeganə səbəb kimi Vahid Milli Hərəkat Partiyasının (Mixeil Saakaşvili tərəfindən təsis edilib) dəstəyini göstərib.

“Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O, özü də Konstitusiya Məhkəməsinə iddia qaldırarkən onun legitimliyini tanıyıb və məhz bu məhkəmə Zurabişvilinin qeyri-legitim prezident olduğunu müəyyən edib”, – deyə Gürcüstanın baş naziri əlavə edib.

O, vurğulayıb ki, prezident Saakaşvilinin “kuklasına” çevrilib.

 

 

Afət

Gununsesi.info