Əhməd Cavadın Azərbaycan bayrağına yazdığı şeirə möhtəşəm ifa - VİDEO

  • By admin
  • 18 Oktyabr 2021 17:59
Azərbaycanın milli istiqlal şairi Əhməd Cavadın nəvəsi Anar Axundzadə 18 oktaybr – Müstəqilliyimizin Bərpası Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda  Əhməd Cavadın Azərbaycan bayrağına həsr etdiyi şeir səsləndirilir.  
Gununsesi.info Anar bəyin sosial şəbəkə hesabına istinadən həmin paylaşımı təqdim edir:
Bir bahar günü əyan oldun, yenicə cənnətini bulmuşdun bu dünyada…
Qənim kəsildi yadelli-qaniçən: qəsb etdi dövlətini, peşkəş çəkti toprağını…
Yeri altun, suyu gümüş doğma Türk diyarında ac qoydu, yük altında əzdi Sənə sevdalıları…
Zəncirləyib tulladı zindana, yerindən, yurdundan didərgin saldı, sürdü, qətl etdi #susmaram hayqıran Münəvvərlərini…
Fəqət öldürəmmədi Sənə olan saf məhəbbəti, düz ilqarı!..
Yenilmədi, hifz etdi namusunu Şükriyyən, yılmadı, şərəfiylə yaşadı Yılmazın…
Hopdu qanına mətin anaların südlə verdiyi Vətən eşqi, millət sevgisi, işlədi Türk yurdunun igid qızlarının, ər oğullarının qəlbinə, ruhuna…
Və köksündə tufanlar atıldılar irəli – gətirdilər könlümüzə səfa, ucaltdılar təzədən Sənin Bayrağını!
18 oktyabr yenidən doğuşunun 30-cu ildönümü mübarək olsun, Azərbaycan! Müstəqilliyin əbədi, insanın hür və məsud, Dövlətin hər daim var olsun!🤲
P.S. ÖPÜM KÖLGƏN KÖLGƏN DÜŞƏN MÜBARƏK YERİ! Günün şərəfinə özəl çalışmaya görə təşkilatçılara, çox dəyərli musiqi və mədəniyyət xadimlərimizə, yaradıcı heyyətlərə və əməyi keçən hər kəsə dərin təşəkkürlər!
Var olasız!