Ərdoğan yenidən prezidentliyə namizəd olacaq

  • By admin
  • 07 Fevral 2022 11:06

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hərəkat Partiyasının (MHP) sərdi Dövlət Baxçalı bildirib.

Qeyd edək ki, ölkədə növbəti prezident və parlament seçkiləri 2023-cü ilin iyununda keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milli Hərəkat Partiyası (MHP) daha əvvəl Xalq Alyansı yaradıb. Alyansın namizədi Ərdoğan olacaq.

“Prezidentliyə namizədimiz bəllidir, bu Rəcəb Tayyib Ərdoğandır. İnanıram ki, cənab Ərdoğan 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə böyük fərqlə qalib gələcək, Xalq Alyansı da yeni qələbə qazanacaq”, – deyə Baxçalı qeyd edib.

Gununsesi.info