Anar Kərimovun Gəncə qapısı açıqlamsına Gürcüstandan təkzib gəldi

  • By admin
  • 07 Fevral 2022 11:14

“Gəncə qapıları məsələsi Gürcüstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində yer almayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mari Narçemaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələr arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq spektri ilə təsdiqlənir:

“Gəncə qapılarına gəlincə, bu məsələ Gürcüstan və Azərbaycan arasında ikitərəfli gündəlikdə yoxdur. Buna müvafiq olaraq, məsələ iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın protokolunda da əks edilməyib”.

Gəncə qapılarının bir tayı qonşu ölkənin Gelati monastrında saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər qapının bir hissəsini Gürcüstana aparıblar. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.

Xatıraladaq ki, ötən gün Azərbaycanın Mədəniyyət naziri Gəncədə səfərdə olarkən mediaya açıqlaçasında demişdi:

“Danışıqlar gedir. Asan getmir, ağır gedir, amma bizim məqsədimiz, hədəfimiz Azərbaycana, Azərbaycanın tarixinə və mirasına aid olan Gəncə qapılarının yenidən Azərbaycana qaytarılmasıdır. Gürcüstanla Azərbaycan arasında həm hökumətlərarası komissiya var və Azərbaycan tərəfinin təşəbbüsü ilə Gəncə qapılarının Gürcüstandan ölkəmizə qaytarılması məsələsi gündəliyə salınıb.

Gununsesi.info