106 nəfər borca görə saxlanıldı

  • By admin
  • 30 Aprel 2022 11:27

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 74 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 126 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 80 nəfər saxlanılıb.

Gununsesi.info