Paşinyanın prezident İlham Əliyevə zəngi sülhün bərqərarı deməkdir

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü, habelə Azərbaycan ilə Ermənistan arasında Sülh Sazişinin mətninin ilkin paraflanması münasibətilə fikir mübadiləsi aparıblar.

Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə qeyd edib ki, iki ölkə arasında sülh mətnin paraflanması il dönümü münasibətilə edilən telefon zəngi iki ölkə arasında de-fakto sülhün olduğunun göstəricisidir:

“İki ölkə müstəqillik qazandıqdan sonra münaqişədə olublar. İki ölkə arasında rəsmi şəkildə müstəqil dövlətlər kimi liderlər arasında ilk telefon danışığıdır.

Paşinyanın cənab İlham Əliyevə zəngi Moskvada qısqanclıq və narahatlıqla qarşılanır. Rusiya iki ölkə arasında sülhün əldə olunmaması üçün 30 il çalışıb. Hətta ikinci Qarabağ müharibəsini bitirən 10 noyabr Birgə Bəyannamədə Rusiya iştirak etməsinə baxmayaraq sülhə imkan vermirdi.

Artıq iki ölkə arasında münaqişə bitirib. Ermənistan rəhbərliyinin qarşısında duran başlıca vəzifə konustitusiya referendumunu keçirib Yekun sülh müqaviləsi bağlamaqdır.

Ermənistan hakimiyyəti konustitusiya referendumuna gedəcək. Bunun üçün hüquqi mexanizmlər var. Prezident İlham Əliyevin siyasəti nəticəsində Cənubi Qafqazda dayanıqlı sülh formalaşır”.

Şəbnəm