2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq

  • By admin
  • 04 İyun 2022 12:42

Azərbaycanda 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə İqtisadi Şuranın növbəti iclasında bildirilib.

İclasda büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.

2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Gununsesi.info