23 yaşlı oğlanı sel apardı

  • Müəllif: admin
  • 29 İyun 2023 22:14

Daşkəsəndə selə düşən 23 yaşlı oğlan ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Gununsesi.info