25 yaşlı qızın meyiti tapıldı

  • Müəllif: Firuzə
  • 01 May 2026 16:48

Yardımlıda gənc qızın meyiti tapılıb.

Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 30-u saat 12 radələrində Honuba kəndində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Rəvanə Camalzadənin meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.

Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info