352 gündə 16 min kilometr qət etdi

Bir il öncə Cənubi Afrikadan yola çıxan ingilis səyyahı Russ Kuk səyahətini başa çatdırmaq üçün Tunis sahillərinə çatıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Russ Kuk adlı ingilis səyyah Afrikanı 352 gündə 16 min kilometr qət edərək səyahət edib.

 

Cənubi Afrikada başladığı səyahətini dünən Tunisdə tamamlayan Russ Kukun fikrincə o Afrikanın bütün uzunluğu boyunca qət edən ilk insandır.

Səyahətini anban sosial şəbəkədə paylaşan Russ Kuk eyni zamanda o, səyahəti zamanı Kuk Namibiya, Anqola, Konqo Demokratik Respublikası, Konqo Respublikası, Kamerun, Nigeriya, Benin, Toqo, Qana, Fil Dişi Sahili, Qvineya, Seneqal, Mavritaniya və Əlcəzairdən də keçmişdir.

 

 

Şəbnəm

Gununsesi.info