51 yaşlı kişini maşın vurdu

  • By admin
  • 01 May 2022 10:53

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Mixaylov Razvin Simand oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info