Bəxtiyar Hacıyev dünya liderləri ilə bir arada -FOTOLAR

  • By admin
  • 13 Noyabr 2022 11:52

11-12 noyabrda Parisdə Fransa Respublikasının prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 5-ci Paris Sülh Forumu keçirilib.
Gununsesi.info bildirir ki, forumda əvvəlki illərdə olduğu E.Makronun dəvətilə bir sıra dövlət və hökumət başçıları, Avropa İttifaqının rəsmiləri, parlament nümayəndələri, Nobel mükafatı laureatları, dünyanın ən nüfuzlu şirkət və korporasiyalarının rəhbərləri iştirak ediblər.

Forum zamanı Rusiyanın Ukraynaya təcavüzkar siyasəti, qlobal ərzaq böhranı, kibertəhlükəsizlik, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, demokratik dəyişikliklər, qadın hüquqları və digər mövzularda panel müzakirələri aparılıb.

Fransa, Kolubmiya, Estoniya, Gürcüstan, Macarıstan, Şimali Makedoniya, Kosovo, Rumıniya və digər ölkələrin prezidentləri ilə yanaşı bir çox ölkələrin sabiq və indiki baş nazirləri, xarici işlər nazirlərinin iştirak etdiyi 5-ci Paris Sülh Forumunda Gürcüstan prezidenti Salome Zurabaşvili qadın hüquqları, feminist diplomatiyası mövzusunda paneldə çıxış edib.
Ermənistanı Forumda xarici işlər naziri Ararat Mirzoyan təmsil edib.

Forumda iştfirak edən tanınmış ictimai xadim Bəxtiyar Hacıyev dünya liderləri ilə görüşərək bir sıra məsələlər ətrafında danışıb.

Günay

Gununsesi.info