93 yaşlı amerikalı media maqnatı beşinci dəfə evlənir

  • By ilhame
  • 08 Mart 2024 19:20

Martın 11-də 93 yaşı tamam olacaq əslən amerikalı media maqnatı Rupert Merdok evlənir.

Gununsesi.info xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

Bildirilib ki, o, 67 yaşlı Elena Jukovaya evlilik təklifi edib.

Məlumata görə, məclis iyunun 1-də Merdokun Kaliforniyadakı malikanəsində baş tutacaq.

Qeyd edək ki, bu, media maqnatının beşinci evliliyidir.

Onun sərvəti 17 milyard dollar qiymətləndirilir.

Gununsesi.info