“Polşa Rusiya ilə diplomatik münasibətləri sıfıra endirməyə çalışır”.
Gununsesi.info-nun Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva bu məsələ ilə bağlı yalnız təəssüfünü ifadə edə bilər.
Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən sonuncu Rusiya Baş Konsulluğunun Qdanskda bağlanması qərarına gəldiyini açıqlayıb.











