Qızıl və gümüş yenidən ucuzlaşdı

  • Müəllif: Firuzə
  • 15 Yanvar 2026 09:37

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

Gununsesi.info birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1.06% azalaraq 4 586.60 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 4.33% azalaraq 87.44 ABŞ dolları olub.

Gununsesi.info