Bakıda iki marşrutun gedişhaqqı 50 qəpiyə endirildi

  • By Admin2
  • 31 Yanvar 2026 12:55

Fevralın 1-dən 76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

76 nömrəli marşrut Bakıxanov dəmiryol stansiyası – “Neftçilər” m/st;
78 nömrəli marşrut isə Bakıxanov dəmiryol stansiyası – “Qara Qarayev” m/st istiqamətləri üzrə işləyəcək.

Avtobuslarda ödəniş nağdsız qaydada olacaq.

AYNA 76 və 78 nömrəli marşrutların avtobuslarında gedişhaqqının 50 qəpik olacağını bəyan edib.

Gununsesi.info