85 yaşlı kişini maşın vurub öldürdü

  • Müəllif: Firuzə
  • 18 Aprel 2026 09:14

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info   xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlu yolu keçərkən Surra kənd sakini, 1988-ci il təvəllüdlü Nağıyev Teymur Sərraf oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili onu vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info