Ermənistan “Monte” filmi çəkir, biz isə qəhrəmanlarımızı unuduruq?

  • Müəllif: Orxan
  • 21 Aprel 2026 11:27

Ermənistan öz Milli Qəhrəmanı Monte Melkonyan haqqında “Monte” filmi çəkir. 

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

Maraqlıdır, bəs Azərbaycan öz Milli Qəhrəmanları haqqında yaxşı filmlər çəkə bilirmi?

Rejissor Əli Məmmədov açıqlamasında bildirib ki,  “Məğlub ölkə öz “qəhrəmanı” haqqında film çəkə bilir, amma biz 30 ildir Allahverdi Bağırov, Əliyar Ağayev, Fred Asif, Ülfət Kərimov və onlarla milli qəhrəmanımızın biri haqqında bir dənə də isbatlı film çəkə bilmirik”.

O, bunun utanc yerimiz olduğunu da bildirib:

“Bu utanc hamımıza yetər”.
Orxan