Pakistan Prezidenti Asif Əli Zərdari ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasını alqışlayaraq, sənədin yekun razılaşmanın əldə olunmasına və regionda sülhün bərqərar olmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Pakistan dövlət başçısının mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
“Mən ABŞ və İran arasında yekun sazişə yol açacaq, həmçinin regionda davamlı və hərtərəfli sabitliyin əsasını qoyacaq sənədin qəbulunu məmnuniyyətlə qarşılayıram. Pakistan belə bir mürəkkəb dövrdə dialoq və diplomatiyanı ardıcıl şəkildə dəstəklədiyi üçün fəxr edir”, – o qeyd edib
A.Ə.Zərdari vurğulayıb ki, atılan addım çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, mübahisələrin qarşılıqlı hörmət çərçivəsində sülh yolu ilə həllinə verilən mühüm töhfədir. O, tərəflərin göstərdiyi səylərin qlobal miqyasda rifaha kömək edəcəyinə inandığını diqqətə çatdırıb.











