Məşhur müğənni öldü

ABŞ-ın “Blood, Sweat & Tears” qrupunun solisti, kanadalı müğənni Devid Kleyton-Tomas 85-ci ilində dünyasını dəyişib.

Gununsesi.info  xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Sənətçinin ölümünü onun PR meneceri təsdiqləyib.

Qeyd edək ki, Devid Kleyton-Tomas 1968-ci ilin sonunda “Blood, Sweat & Tears” qrupunun tərkibində çıxış edərkən məşhurluq qazanıb. 1970-ci ildə kollektiv “İlin albomu” nominasiyasında “Qremmi” mükafatına layiq görülüb.

 

Gununsesi.info