Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

“Xalq şairi Nəriman Həsənzadə iki-üç gündür xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir”, – Rauf Aslanov bildirib.

 

 

Gununsesi.info