Azərbaycanın tanınmış alimi, akademik Akif Əlizadə Rusiya Elmlər Akademiyasının (REA) xarici üzvü seçilib.
Bu qərar qurumun əsasnaməsinə uyğun olaraq qəbul edilib və azərbaycanlı alimə REA-nın xarici üzvü diplomu ilə xatirə döş nişanı təqdim olunub.
Görkəmli alim bundan əvvəl Rusiya Təbiət Elmləri Akademiyasının da xarici üzvü seçilmişdi.
Qeyd edək ki, 1934-cü il təvəllüdlü akademik Akif Əlizadə uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna rəhbərlik edib, həmçinin 2013-2019-cu illərdə AMEA-nın prezidenti vəzifəsində çalışıb.(ölkə.az)












