İran ABŞ tərəfindən yeni zərbə olacağı təqdirdə Hörmüz boğazını yenidən bağlayacaq və istənilən hücuma sərt cavab verəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Press TV” təhlükəsizlik sahəsindəki mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, son iki gündə baş verən hadisələr Tehranı daha da qəzəbləndirib.
Qeyd olunur ki, İran Hörmüz boğazı uğrunda mübarizəyə hazırdır. Vurğulanıb ki, İran istənilən hücuma daha güclü şəkildə cavab verəcək.
Xatırladaq ki, Donald Tramp bu gecə İran ərazisinə yeni zərbələr endiriləcəyini bəyan edib.











