“Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq

  • By Admin2
  • 16 İyul 2026 14:58

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə hazırlaşan “Sumqayıt” iyulun 19-da ilk yoxlama oyununu keçirəcək.

Bu barədə Gununsesi.info-ya klubdan məlumat verilib.

Portuqaliyalı mütəxəssis Filipe Kandidonun rəhbərlik etdiyi komanda “Qəbələ” ilə qarşılaşacaq.

Görüşə “SOCAR Polymer Arena”da, saat 18:00-da start veriləcək.

Gununsesi.info